14 Oktyabr 10:08 "Neftçi İdman Klubu”ndan 13 medal
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 14 Oktyabr 10:08
535 baxış

"Neftçi İdman Klubu”ndan 13 medal

Kişilər və qadınlar arasında cüdo üzrə Bakı çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, İdman Sarayında keçirilən yarışda 18 komandanın tərkibində yer almış 219 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.

 

"Neftçi İdman Klubu”nun yetirmələri əzm və peşəkarlıq nümayiş etdirərək, 2-si qızıl, 3-ü gümüş, 8-i isə bürünc olmaqla, çempionatın 13 medalına sahib olublar. Hər iki "qızıl”a klubun xanım idmançıları yiyələniblər. Şəfəq Məmmədova (52 kq) və Validə Mirzəzadə (70 kq) bütün rəqiblərini məğlub edərək paytaxt yarışının qalibi adını qazanıblar.

 

Qeyd edək ki, "Neftçi İdman Klubu” komanda hesabında çempionatda qazandığı medalların sayına görə 1-ci, əyarına görə isə 2-ci yeri tutub.

 

Xəbər lenti