12 Avqust 12:24 “Neftçi”nin idmançısı dünya ikincisi oldu
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 12 Avqust 12:24
513 baxış

“Neftçi”nin idmançısı dünya ikincisi oldu

Braziliyanın Salvador da Bahiya şəhərində gənclər arasında güləş üzrə dünya birinciliyi start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.

 

Birincilikdə əvvəlcə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. "Neftçi İdman Klubu”nun 60 kq çəkidə çıxış edən təmsilçisi Kərim Cəfərov finala qədər maneəsiz irəliləyib. O, ardıcıl olaraq Cənubi Afrika Respublikası (Yan Lorens Kombrink), Ermənistan (Taron Dumoyan), Gürcüstan (Levanin Kavjaradze) və Yaponiya (Kavan Masuto) idmançıları üzərində inamlı qələbə qazanaraq, finala vəsiqə əldə edib.

 

Bu mərhələdə rusiyalı Sergey Emilinə uduzan Kərim dünya birinciliyinin gümüş medalına sahib olub. 

Xəbər lenti