1 İyun 16:36 “O, yumruğunun dadını zərbə çənəsinə dəyəndə biləcək”
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 1 İyun 16:36
4434 baxış

“O, yumruğunun dadını zərbə çənəsinə dəyəndə biləcək”

“Bu döyüş Azərbaycanın təbliğatı baxımından çox önəmlidi”. Apasport.az saytının məlumatına görə, bunu WBCA Heydər Əliyev adına Dünya Boks Komitəsinin prezidenti, WBC supervayzeri Yaşar Niftəliyev deyib.

 

Sabah Bakı növbəti möhtəşəm boks gecəsinə şahidlik edəcək. Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, “Qəbələ” İdman Klubunun dəstəyi ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş boks yarışı keçiriləcək.

 

Gecənin əsas döyüşündə ağır çəki dərəcəsində IBO və WBCA dünya kəməri uğrunda ukraynalı Roman Qolovaşenko ilə cənubi afrikalı Kevin Lerena 12 raundluq mübarizədə üz-üzə gələcəklər. Boks gecəsində həmyerlimiz Malik Məmmədzadə WCA və WBC Asiya kəməri uğrunda, Rauf Ağayev, Vüsal Əliyev və digərləri Gürcüstan təmsilçiləri ilə döyüşlər keçirəcək. Qarşılaşmalar saat 20:00-da start götürəcək.

 

Bu gün turnirlə bağlı mətbuat konfransı və boksçuların rəsmi çəkiölçmə mərasimi keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Niftəliyev Azərbaycanda peşəkar boksun hazırkı durumundan danışıb. O bildirib ki, hazırda bu növ ölkəmizdə formalaşmaqdadı və bunun üçün istənilən köməyə hazırdı. 

 

Supervayzer Filip Verbike döyüşün Azərbaycanda keçirilməsinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, qarşılaşma Qazaxıstanda keçirilməli olsa da, sonradan qərar dəyişib: “Hər 2 boksçu güclüdü. Əminəm ki, maraqlı döyüş izləyəcəyik”.

 

Almaniya Boks Assosiasiyasının supervayzeri Matias Aisler isə döyüşün texniki tərəfini dəyərləndirib. O, həmçinin qarşılaşmanın təşkilatçılığı barədə məlumat verib. Aisler hər şeyin yüksək olduğu üçün Azərbaycana təşəkkür edib.

 

Qolovaşenkonun promotru Genadi Kravçenko sabah gözəl şounun olacağına inam ifadə edib. Ukraynalı boksçu isə yeni kəmər üçün dəyişəcəyini və buna hazır olduğunu deyib: “Qalib gələcəyimə 100 faiz əminəm”.

 

Qolovaşenkonun məşqçisi Şamil Kərimov da yetirməsinin döyüşə hazır olduğunu qeyd edib. O bildirib ki, qələbəni qazanmalarında hansısa problem görmür: “İnanırıq ki, döyüş 12 raund davam etməyəcək. Roman onu 6-cı raunda kimi nokaut edəcək".

 

Kravçenko da çalışdırıcının dediyini təsdiqləyib. O qeyd edib ki, məşqçi 6-cı raunda kimi nokaut deyirsə, onunla mübahisə etməyək: “Deməli, elə də olacaq”.

 

Qolovaşçenonun rəqibi Lerena da qarşı tərəfi qıcıqlandıracaq ifadələr işlədib. O, qolumun gücünə inandığını və qarşı tərəfə çətin anlar yaşadacağına əmin olduğunu bildirib.

 

Kevinin məşqçisi Peter Şmidt də üstünlüyün onlar tərəfində olduğunu vurğulayıb. O, kəməri özləri ilə aparacaqlarını da deyib: “Bizim də məşqlər yüksək səviyyədə keçib. Roman da Kevinin yumruğunun dadını zərbə çənəsinə dəyəndə biləcək”.

 

Lerenanın promotri Rodni Berman məşqçinin söylədiklərini təsdiqləyib. O, Romanı rinqdə heç nəyin qorumayacağını vurğulayıb. 

 

Azərbaycanın ilk peşəkar boksçusu, WBF versiyası üzrə dünya, WBO versiyasında Avropa çempionu, “First promotion champions”un baş direktoru Fariz Məmmədov da döyüşün əhəmiyyətindən söhbət açıb. O bildirib ki, belə döyüşün ölkəmizdə təşkili peşəkar boksçuların yetişməsində böyük rol oynayacaq. Məmmədov həmçinin yerli boksçulara öz məsləhətlərini verib və uğurlar arzulayıb.

 

Sabah rinqə çıxacaq Məmmədzadə isə yalnız qələbə üçün döyüşəcəyini açıqlayıb.

Xəbər lenti