12 Avqust 15:46 “Qəbələ”nin idmançısı "qızıl" qazandı
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 12 Avqust 15:46
564 baxış

“Qəbələ”nin idmançısı "qızıl" qazandı

"Qəbələ" İdman Klubunun karateçisi Rafiz Həsənov Türkiyənin Ərzurum şəhərində keçirilən XXII Beynəlxalq Palandökən turnirində qızıl medal qazanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Yarışda 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında 3-cü pilləni tutub. İlk pillədə Türkiyə, ikinci yerdə isə İran millisi qərarlaşıb.

 

Qeyd edək ki, turnirdə 41 ölkədən 2000 idmançı iştirak edib.

Xəbər lenti