6 Oktyabr 13:23 Taekvondoçularımız Munqyeonqda
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 6 Oktyabr 13:23
606 baxış

Taekvondoçularımız Munqyeonqda

Cənubi Koreyada Munqyeonq şəhərində keçirilən Hərbiçilərin VI Dünya Oyunlarında Azərbaycan taekvondoçuları da mübarizə aparacaqlar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, artıq komandamız Asiya ölkəsinə yola düşüb.

 

Yarışda Azərbaycanın idman şərəfini yığmanın baş məşqçisi Reza Mehmandoustun rəhbərliyi altında dünya və Avropa çempionu, Avropa Oyunlarının qalibi Radik İsaev (+87 kq), Bakı-2015-in qızıl medalçısı Ayxan Tağızadə (68 kq), həmçinin Səid Quliyev (74 kq), Sina Bahrami (63 kq) və Məcid Sofiyev (54 kq) qoruyacaq.

 

Qadın idmançıların yarışında isə 49 kq çəki dərəcəsində Avropa Oyunlarının bürünc mükafatçısı Patımat Abakarova və Marina Tedeyeva (67 kq) qüvvələrini sınayacaq.

 

Yarışda hakimlər qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Vəlibəyov təmsil edəcək.

Xəbər lenti