9 Oktyabr 08:46 Taekvondoçumuz Dünya Oyunlarında yığmamıza medal qazandırıb
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 9 Oktyabr 08:46
532 baxış

Taekvondoçumuz Dünya Oyunlarında yığmamıza medal qazandırıb

Azərbaycan millisi Hərbiçiləri VI Dünya Oyunlarında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın 8-ci mükafatı taekvondoçumuz Radik İsayev yazdırıb.

 

+ 87 kq çəki dərəcəsində qüvvəsini sınayan Avropa Oyunlarının qalibi fəxri kürsünün 3-cü pilləsində yer alıb. Belə ki, dünya çempionumuz öncə Ruy Yanqı (Çin) 11:7, ardınca Ruslan Japarovu (Qazaxıstan) 9:4 hesabı ilə məğlub edib. Lakin yarımfinalda almaniyalı Volker Vodziç səddi keçilməz olub. Təmsilçimiz rəqibinə 3:5 hesabı ilə uduzub.

 

Buna baxmayaraq, bürünc medal uğrunda görüşdə İsayev məğlubiyyətini unutdurub. O, rusiyalı Yuri Kiriçenkoya 1:0 hesabı ilə qalib gələrək, mükafatçılar sırasında yer alıb.

 

Bununla da yığmamızın aktivindəki medalların sayı 8-ə çatıb. Taekvondoçumuzdan öncə cüdoçularımızdan Vüqar Şirinli (60 kq) gümüş, Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Elmar Qasımov (100 kq) və cüdo millimiz komanda hesabında “bürünc” alıb. Həmçinin, sərbəst güləşçilərimizdən Coşqun Əzizov (70 kq) ikinci, Ağahüseyn Mustafayev (65 kq) üçüncü yeri tutub.

 

Qeyd edək ki, yarışa oktyabrın 11-də yekun vurulacaq.

Xəbər lenti