30 İyul 08:19 Tiflisdə 4-cü medal
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 30 İyul 08:19
492 baxış

Tiflisdə 4-cü medal

Azərbaycan yığması Tiflisdə keçirilən Avropa Gənclərinin Olimpiya Festivalında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, millimizə 4-cü mükafatı da cüdoçumuz qazandırıb.

 

66 kq çəki dərəcəsində çıxış edən İsmayıl İbrahimov yarışı 3-cü pillədə bitirib. O, bürünc medal uğrunda döyüşdə hollandiyalı Lars Kampiusu məğlub edib.

 

Qeyd edək ki, cüdo yığmamızda İbrahimovdan öncə Şəfəq Həmidova (40 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş və İbrahim Bayramlı (50 kq) bürünc medal qazanıb.

 

Aktivində 4 medal olan Azərbaycan millisi qeyri-komanda hesabında 15-cidi. Hələlik 31 ölkənin mükafat qazandığı yarışda İtaliya (6-2-3) hamıdan öndədi.

 

Avqustun 1-dək davam edəcək Festivala Azərbaycan 36 idmançı ilə qatılıb.

Xəbər lenti