31 İyul 07:54 Yığmamız Tiflisdə daha bir medal qazanıb
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 31 İyul 07:54
875 baxış

Yığmamız Tiflisdə daha bir medal qazanıb

Azərbaycan millisi Tiflisdə keçirilən Avropa Gənclərinin Olimpiya Festivalında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına yığmamıza 5-ci mükafatı da cüdo komandamız qazandırıb.

 

Həmyerlilərimizdən 73 kq çəki dərəcəsində çıxış edən Hasil Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda rumıniyalı Razvan Siolanı məğlub edib.

 

Nəticədə aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız medal siyahısında 14-cü yerə yüksəlib. Qeyri-komanda hesabında medal siyahısında isə Rusiya yenidən liderliyi ələ alıb. Şimal qonşularımızın hesabın 7 qızıl, 5 gümüş və 7 bürünc mükafat var.