28 İyun 11:05 Yığmamızın Rusiyaya gedəcək heyəti bəllidi
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 28 İyun 11:05
246 baxış

Yığmamızın Rusiyaya gedəcək heyəti bəllidi

İyulun 18-də Rusiyanın Yekaterinburq şəhərində qarışıq komandalar üzrə Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycan yığması da qatılacaq.

 

Çempionatda ölkəmizi Telman Vəliyev (73 kq), Tural Səfquliyev (90 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +90 kq), İçinxorlu Munxtsedev (57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi 70 kq) və İrina Kindzerska (+70 kq) təmsil edəcəklər.

 

Yarışa ümumilikdə 21 ölkədən 166 (84 kişi, 82 qadın) cüdoçu qatılacaq.

 

Qeyd edək ki, yarışda kişilər 73 kq, 90 kq, +90 kq, qadınlar 57 kq, 70 kq və +70 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

Xəbər lenti