28 İyun 00:01 “Keşlə”nin yay planları açıqlandı
FOTO xəbərləri 28 İyun 00:01
2143 baxış

“Keşlə”nin yay planları açıqlandı

Yeni mövsümə hazırlaşan “Keşlə” Bakı toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, paytaxt klubu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlıqlarını davam etdirmək məqsədilə bu gün Türkiyənin Kızılcahamam vilayətinə gedib.

 

Komanda sabah səhər ilk məşqə çıxacaq. İyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında “Keşlə” 3 yoxlama matçı keçirməyi planlaşdırır.

 

Yuri Maksimovun yetirmələri ilk yoxlama matçını Bolu vilayətində Bosniya və Herseqovinanın “NK Celik Zenitsa” komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.

 

İkinci yoxlama matçında rəqib “Levadia” olacaq. Estoniya təmsilçisilə qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq.
 

Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bakılılar bu dəfə İranın “Traktorzasi” klubu ilə üz-üzə gələcək. Oyunun başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Xəbər lenti