12 İyul 10:36 10, 15, 20, 25, 35
FUTBOL xəbərləri 12 İyul 10:36
2286 baxış

10, 15, 20, 25, 35

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “Olimpiya” klubuna 1:0 hesabı ilə qalib gələn “Qarabağ” bir sıra yubileylərin müəllifi olub. Apasport.az saytının məlumatına görə, bu göstəricilər ölkə çempionunun səfər matçında rəsmiləşib.

 

Lyublyanadakı uğur Azərbaycan klublarının avrokuboklar tarixində 35-ci səfər qələbəsi olub.

 

Bu rəqəmdə ən çox payı olan məhz Ağdam klubudu. “Qarabağ” 15-ci səfər qələbəsini bayram edib.

 

Azərbaycan komandaları ümumilikdə 20-ci dəfə Çempionlar Liqasında qalib gəlib.

 

Bunların düz yarısı “Qarabağ”ın hesabındadı. Ağdamlılar qitənin ən nüfuzlu klub turnirində 10-cu dəfə qalib gəlib.

 

Əyalət klubu 10-cu qələbəsini Çempionlar Liqasında keçirdiyi 25-ci matçda əldə edib.

 

25-ci oyunda vurulan yeganə qol da 25-ci olub. Donald Gerye bu yubiley qolunun müəllifi olub.

 

“Olimpiya” – “Qarabağ” matçı bir futbolçu üçün də əlamətdar keçib. Coşqun Diniyev Ağdam klubunun heyətində 100-cü rəsmi matçına çıxıb.

 

Xəbər lenti