28 Avqust 13:44 12-si gəldi, 4-ü qaldı
FUTBOL xəbərləri 28 Avqust 13:44
1590 baxış

12-si gəldi, 4-ü qaldı

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Xorvatiya, 3 gün sonra isə Malta ilə qarşılaşacaq millimiz təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, avqustun 24-dən bir araya gələn komandamız İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda hazırlıq keçir.

 

Hazırlıq prosesinə tam heyətlə başlaya bilməyən yığmamızın heyətinə bu gün daha 12 oyunçu cəlb edilib. Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” və “Qəbələ”nin üzvləri Bədavi Hüseynov, Rəşad Sadıqov, Qara Qarayev, Cavid Tağıyev, Elvin Məmmədov, Əfran İsmayılov, Coşqun Diniyev, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Ürfan Abbasov, Rəşad Sadiqov və Elvin Camalov millinin düşərgəsinə qoşulub.

 

Baş məşqçi Robert Prosineçkinin açıqladığı 30 nəfərlik heyətdən yalnız 4 futbolçu hələ də xorvatiyalının ixtiyarında deyil. Bunlar legioner həyatı yaşayan Kamran Ağayev  (“Karşıyaka”, Türkiyə), Pavel Paşayev (“Metallurq” Zaporojye, Ukrayna), Dmitri Nazarov (“Karlsrue”, Almaniya) və Eddi İsrafilovdu (“Eybar”, İspaniya). Hər 4 futbolçu klublarının heyətində keçirəcəyi çempionat oyunundan sonra Bakıya gələcək.

 

Qeyd edək ki, millimiz hələlik gündə 1 məşqlə kifayətlənir.