5 Avqust 12:58 155 günlük seriya
FUTBOL xəbərləri 5 Avqust 12:58
438 baxış

155 günlük seriya

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiprin “Apollon” klubunu qəbul edəcək “Qəbələ” 5 aydı öz meydanında uduzmur. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” son ev yenilgisini martın 4-də alıb.

 

Kiprlilərlə matçdan 155 gün əvvəl Azərbaycan kubokunun “Simurq”la qarşılaşmasında 0:3 hesabına üzülən Roman Qriqorçukun yetirmələri ardıcıl 7 ev oyununda məğlub olmayıb.

 

Premyer Liqada “Sumqayıt”ı 2:0, “Simurq”u 1:0 üstələyən əyalət klubu ardınca “Qarabağ” və “İnter”lə heç-heçə edib – hər ikisi 1:1. Son 3 ev oyununda isə “Qəbələ” qol da buraxmayıb. Ötən mövsümün son oyununda “Bakı”nı 3:0 hesabı ilə yenən “qırmızı-qaralar” uğurlu seriyanı Avropa liqasında davam etdirib.

 

Belə ki, “Qəbələ” cari mövsüm Tiflis “Dinamo”su və Serbiya “Çukariçki”sinə 2:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, “Qəbələ” – “Apollon” oyunu avqustun 6-da keçiriləcək.

Xəbər lenti