9 Avqust 16:14 16 yaşlı futbolçu Premyer Liqada debüt edəcək
FUTBOL xəbərləri 9 Avqust 16:14
1124 baxış

16 yaşlı futbolçu Premyer Liqada debüt edəcək

İngiltərə Premyer Liqasının ilk turunda bu gün baş tutacaq “Arsenal” – “Vest Hem” qarşılaşmasında 16 yaşlı futbolçu start heyətində debüt edəcək. Apasport.az saytının məlumatına görə, “Vest Hem”in futbolçusu Ris Oksford üçün bu matç karyerasında ilk Premyer Liqa oyunu olacaq.

 

Qeyd edək ki, 1998-ci il doğumlu və 190 sm boya malik futbolçu 2014-cü ildən “Vest Hem”in şərəfini qoruyur. O, həm də İngiltərə U-17 millisinin üzvüdür.

Xəbər lenti