10 İyul 19:45 24 yaşında 9-cu klubda oynayacaq
FUTBOL xəbərləri 10 İyul 19:45
796 baxış

24 yaşında 9-cu klubda oynayacaq

Portuqaliyalı futbolçu Bebe “Raye Valekano” ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, bu transferlə birlikdə gənc futbolçu karyerasında 9-cu klubda çıxış etmiş olacaq.

 

Qeyd edək ki, peşəkar karyerasına 2009-cu ildə “Estrela”da başlayan hücumçu daha sonra “Vitoria de Gimaraeş”ə keçib. Bu klubla heç bir oyuna çıxmayan Bebe 2010-cu ildə “Mançester Yunayted”ə transfer olunub.

 

Bir il ərzində “qırmızı şeytanlar”la 2 oyunda forma geyinən hücumçu 2011-ci ildə icarə əsasında keçdiyi “Beşiktaş”da cəmi 4 matçda meydana çıxa bilib.

 

2013-cü ildə “Rio Ave”, daha sonra isə “Paços de Fereyra”ya icarəyə verilən futbolçu nəhayət 2014-cü ildə “Benfika”ya satılıb.

 

Ancaq burda da duruş gətirməyi bacarmayan Bebe “qartallar”la cəmi 1 oyunda meydana çıxıb.

 

Bu ilin əvvəlində İspaniyanın “Kordoba” klubuna icarəyə verilən futbolçu yeni klubunda 18 oyun oynaya bilib.

 

“Rayo Valekano” isə 24 yaşlı Bebenin icarə əsasında çıxış edəcəyi 5-ci, karyerası ərzində isə 9-cu klubu olacaq.