27 Avqust 10:33 26 mümkün rəqib
FUTBOL xəbərləri 27 Avqust 10:33
4598 baxış

26 mümkün rəqib

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların sayı 26-ya çatıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin uğursuzları yarışa birbaşa qrupdan başlayacaq komandalara qoşulub.

 

Bu 26 komanda qrup mərhələsinə düşmək üçün mübarizə aparan Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin potensial rəqibləri sayılır. “Qarabağ” İsveçrənin “Yanq Boyz”, “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubunu keçsə, qrupda bu komandalarla görüşə bilər.

 

48 komandanın mübarizə aparacağı əsas raundun digər 22 iştirakçısı Avropa Liqasının pley-off mərhələsinin bugünkü qarşılaşmalarında bəlli olacaq. Sabah isə 48 komanda püşkatmada 12 qrupa bölünəcək.

 

Burada oynayacağı dəqiqləşən sonuncu 5 klub dünənki uğursuzlardı. Bunlar “Latsio” (İtaliya), APOEL (Kipr), “Brügge” (Belçika), “Sportinq” (Portuqaliya) və “Partizan”dı (Serbiya). Bir gün əvvəl isə daha 5 klub -  “Monako” (Fransa), “Bazel” (İsveçrə), “Skenderbeu” (Albaniya), “Rapid” (Avstriya) və “Seltik” (Şotlandiya) Çempionlar Liqasından daha aşağı nüfuzlu turnirə yuvarlanmışdı.

 

Bu 10 komanda ilə yanaşı, “Vilyarreal” (İspaniya), “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Auqsburq”, “Şalke” (hər ikisi Almaniya), “Fiorentina”, “Napoli” (hər ikisi İtaliya), “Braqa” (Portuqaliya), “Marsel” (Fransa), “Lokomotiv” (Rusiya), “Qroninhen” (Hollandiya), “Dnepr” (Ukrayna), “Anderelxt” (Belçika), “Beşiktaş” (Türkiyə), “Asteras” (Yunanıstan), “Syon” (İsveçrə) da qrupda çıxış edəcək.

 

 

Xəbər lenti