8 Oktyabr 16:40 40-cı məğlubiyyətdən sonra istefa
FUTBOL xəbərləri 8 Oktyabr 16:40
949 baxış

40-cı məğlubiyyətdən sonra istefa

“Sumqayıt”ın baş məşqçi postundan istefa verən Aqil Məmmədov “Gənclik şəhəri” təmsilçisindəki fəaliyyəti 77 oyundan ibarət olub. Apasport.az saytının məlumatına görə, 2013-cü ilin yayından bu komandanı çalışdıran məşqçi 75 çempionat və 2 kubok qarşılaşmasında iş başında olub.

 

Premyer Liqadakı bu oyunlarda sumqayıtlılar 12 qələbə qazanıb, 24 heç-heçə edib və 39 dəfə məğlub olub. Məmmədov 60 qola sevinibsə, 112 dəfə qapıçılarının üzüntüsünə şahid olub. Kubokda 1 heç-heçə və 1 məğlubiyyət yaşayan baş məşqçi yetirmələrinin top fərqində də geridə olması ilə barışıb – 1:2.

 

Ümumilikdə isə 77 matçda 12 qələbə və 25 heç-heçəsi olan Məmmədovlu “Sumqayıt” 40-cı məğlubiyyətdən sonra istefa ilə üzləşib. Topaz Premyer Liqasının VII turunun “Kəpəz”lə səfər matçında 1:3 hesablı yenilgi çalışdırıcı üçün 40-cı, həm də postunda sonuncu olub.

Xəbər lenti