14 İyul 13:39 5 futbolçu üçün gözlənilən yubiley
FUTBOL xəbərləri 14 İyul 13:39
485 baxış

5 futbolçu üçün gözlənilən yubiley

Avropa Liqasının II təsnifat mərhələsinin “Çukariçki” ilə Serbiyadakı ilk oyunu “Qəbələ”nin 5 futbolçusu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, 3 futbolçu avrokuboklarda yubiley matçına çıxacaq.

 

Əyalət təmsilçisinin hücumçuları Aleksey Antonov 25-ci, Sergey Zenyov 20-ci dəfə qitə miqyaslı turnirdə iştirak edəcək. Braziliyalı müdafiəçi Rafael Santos isə 5-ə çatacaq.

 

Cənubi amerikalı həm də Avropa Liqasında 5-ci matçının iştirakçısı ola bilər. Onun kimi Cavid Hüseynov də qitənin ikinci dərəcəli klub turnirində 5-ci görüşə çıxmağa yaxındı. Arif Daşdəmirov üçün isə Serbiyadakı görüş bu turnirdə 15-ci olacaq.

Xəbər lenti