14 İyul 11:04 6 ildən sonra
FUTBOL xəbərləri 14 İyul 11:04
561 baxış

6 ildən sonra

İyulun 16-da Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanın iki klubu da növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.

 

“Qəbələ” və “İnter”in meydana çıxdığı gün təmsilçilərimiz üçün uğurlu tarix sayılır. Düzdü, indiyədək yalnız bir dəfə komandamız iyulun 16-da meydana çıxıb. Təmsilçilərimiz 6 ildən sonra yenə eyni gündə qüvvəsini sınayacaq.

 

Lakin həmin qarşılaşmada da güclü rəqiblə səfər matçında heç-heçə qeydə alınıb. Bu, 6 il əvvəl qeydə alınıb. 2009/10 mövsümündə Avropa Liqasında çıxış edən “Qarabağ” Norveçdə “Rusenborq”la üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə nəticələnib.

 

Qeyd edək ki, iyulun 16-da “Qəbələ” Serbiyada “Çukariçki”, “İnter” İslandiyada “Hafnarfyordur”un qonağı olacaq.

Xəbər lenti