23 İyul 09:40 8-ci dəfə
FUTBOL xəbərləri 23 İyul 09:40
805 baxış

8-ci dəfə

Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro “Rudar”ına qalib gələn “Qarabağ” avrokubokların pley-off mərhələsinə vəsiqəni təmin edib. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsində Şotlandiya “Seltik”i ilə görüşəcək ağdamlılar iki qitə miqyaslı klub turnirindən birinin 4-cü raundunda qüvvəsini sınayacaq.

 

Qurban Qurbanovun yetirmələri böyük britaniyalıları da mübarizədən kənarlaşdırsa, Çempionlar Liqasının pley-offunda oynayacaq. Əks halda isə təmsilçimiz Avropa Liqasının eyni mərhələsində çıxış edəcək.

 

Bu, Azərbaycan klublarının 8-ci pley-offu olacaq. Bunadək “Qarabağ” hamıdan çox – 4 dəfə bu mərhələdə çıxış edib. Ağdamlılar 2009/10, 2010/11, 2013/14 və 2014/15 mövsümlərində Avropa Liqasının qrupunun bir addımlığında oynayıb. 4 cəhddən 3-də büdrəyən təmsilçimiz ötən mövsüm bu səddi adlayaraq, qrupa da düşüb.

 

“Neftçi” 2012/13 və 2014/15 mövsümlərində Avropa Liqasının pley-offunda oynamaq imkanı qazanıb. İlk cəhddə qrupa düşən bakılılar ötən mövsüm büdrəyiblər. Bu mərhələyədək irəliləyən ilk Azərbaycan klubu isə “Bakı”dı. “Zolaqlılar” 2009/10 mövsümündə Avropa Liqasının pley-offunda oynasa da, bu raundu adlaya bilməyib.

Xəbər lenti

Xəbər lenti