4 Fevral 21:23 “A seriyasında “Qızıl top”a sahib olmaq çox çətindi”
FUTBOL xəbərləri 4 Fevral 21:23
343 baxış

“A seriyasında “Qızıl top”a sahib olmaq çox çətindi”

“Yuventus”un hücumçusu Karlos Teves “Qızıl top”la bağlı maraqlı fikir səsləndirib. Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü İtaliya A seriyasında çıxış edən futbolçuların sözügedən mükafatı qazanmasının çətin olduğunu bildirib.

 

Teves buna ölkə çempionatında yüksək məhsuldarlığın olmamasını əsas gətirib: “A seriyasında “Qızıl top”a sahib olmaq çox çətindi. Çünki bu çempionat digər birinciliklərdən fərqlənir. İtaliyada çox qol vurulmur. Stadionda azarkeşlər qapılardan az topların keçdiyini izləyir”.

 

Qeyd edək ki, cari mövsümdə 20 matçda meydana çıxıb və rəqib qapılarından 13 top keçirən Teves A seriyasının bombardirlər siyahısında liderdi.

Xəbər lenti

Xəbər lenti