9 Avqust 19:47 ABŞ-lı idmançı Qəbələdə dünya Kubokunun qalibi oldu
FUTBOL xəbərləri 9 Avqust 19:47
321 baxış

ABŞ-lı idmançı Qəbələdə dünya Kubokunun qalibi oldu

Qəbələdə təşkil edilən atıcılıq üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, bu gün kişilər arasında Skit növü üzrə yarışlar keçirilib.

 

Qəbələ Atıcılıq Klubunun təşkilatçılığı ilə baş tutan yarışın finalında ABŞ-lı Vinsent Hankokla avstriyalı Sebastian Kuntşik üz-üzə gəliblər. Hədəfə daha dəqiq atəş açan Hankok qızıl medala layiq görülüb, Kuntşik isə "gümüş"lə kifayətlənib. Beləliklə, hər iki idmançı gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

 

3-cü yer uğrunda görüşdə Azmi Mehelbadan (Misir) dəqiq olan italyan Qabriele Rossetti isə bürünc mükafata sahib çıxıb.

 

Qeyd edək ki, dünən qadınların Skit yarışında italiyalı Katuskia Spada 1-ci, ABŞ-lı Morqan Kraft 2-ci, böyük britaniyalı Hill Amber isə 3-cü yeri tutmuşdu.

Xəbər lenti