12 Noyabr 14:47 “Adaş”lar anlaşılmazlıq yaratdı, “Neftçi” bəyanat yaydı
FUTBOL xəbərləri 12 Noyabr 14:47
5083 baxış

“Adaş”lar anlaşılmazlıq yaratdı, “Neftçi” bəyanat yaydı

“Neftçi” bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb U-19 Liqasında çıxış edən “Neftçi” PFK və “Neftçi” İK İB komandalarının ölkə mətbuatında qarışıq salınmasıdı.

 

Belə ki, AFFA-nın İntizam Komitəsi noyabrın 4-də baş tutan “Neftçi” – “Xəzər Lənkəran” matçında ev sahibinin təhlükəsizliyi təmin etmədiyi üçü onlara 0:3 hesablı texniki məğlubiyyət verib. Bu “Neftçi” isə PFK deyil, İK İB-i təmsil edən komandadı.

 

Lakin “adaş”ları səhv salınaraq, cənublularla oyunda “Neftçi” PFK-nın texniki məğlubiyyət alması ilə bağlı xəbərlər yayılıb. Bundan narazı qalan klubun bəyanatında da anlaşılmazlıq öz əksini tapıb: “U-19 Liqasının 5-ci turu çərçivəsində keçirilmiş “Neftçi” - “Xəzər Lənkəran” matçında komandamıza texniki məğlubiyyətin verildiyi haqqında məlumat yayılıb. Bildiririk ki, bu informasiya həqiqəti əks etdirmir. 04.11.2015-ci il tarixində “Neftçi”nin 19 yaşadək futbolçulardan ibarət komandası səfərdə AZAL klubu ilə qarşılaşıb və görüş 0:2 hesabı ilə başa çatıb. “Neftçi” PFK olaraq KİV-dən belə informasiyaları yayarkən daha diqqətli olmağı xahiş edirik”.

 

Qeyd edək ki, U-19 Liqasının 6 turundan sonra 12 xalı olan “Neftçi” PFK 13 xal toplayan liderlər qrupundan – “Qəbələ”, “Zirə” və “Bakı”dan sonra 4-cü pillədə qərarlaşıb. Bu çempionatın qalibi isə UEFA Gənclər Liqasına vəsiqə qazanacaq.

 

Xəbər lenti