15 Sentyabr 11:57 AFFA-dan 3 kluba cəza
FUTBOL xəbərləri 15 Sentyabr 11:57
762 baxış

AFFA-dan 3 kluba cəza

AFFA-nın İntizam Komitəsi ölkə çempionatının IV turunda baş verən neqativ hallarla bağlı qərarını açıqlayıb. Apasport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA “Sumqayıt”, “Zirə” və “Neftçi” klublarını cərimələyib.

 

“Sumqayıt” – “Zirə” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Oyunun 74-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Aleksandr Çertoqanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.

 

“Rəvan” – “Neftçi” matçının 56-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Ailton Fereira ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. 

Xəbər lenti