30 Oktyabr 12:34 AFFA-dan növbəti cəzalar
FUTBOL xəbərləri 30 Oktyabr 12:34
521 baxış

AFFA-dan növbəti cəzalar

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının X turunun qarşılaşmalarında baş verənlər müzakirə olunub.

 

“Zirə”nin “Kəpəz”lə matçda meydandan qovulan futbolçularının cəzası fərqli olub. Sadiq Quliyev birbaşa qırmızı vərəqə aldığından 2 oyunluq cəzalanıb və klubunu  2000 manat xərcə salıb. İkinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Aleksandr Şemonayev 1 matçlıq cəza və 200 manat cərimə alıb. Oyunun 14-cü dəqiqəsində texniki zona qaydaların pozduğu üçün tribunaya göndərilən “Zirə”nin klubunun baş məşqçisi Adil Şükürov sabahkı turun matçında cəzalı olacaq. O, klubunu 1000 manat cəriməyə məruz qoyub.

 

“İnter”lə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 1000 manat ödəməlidi. “Ağ-qaralar” oyunun 36-cı dəqiqəsində azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün daha 1000 manat ziyana düşüb.

 

“Qəbələ” ilə oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan AZAL 1000 manat cərimə olunub. “Sumqayıt”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalanan  “Xəzər Lənkəran” da 1000 manat cərimələnib.

Xəbər lenti