26 May 11:47 AFFA-dan “Simurq”un qapıçısına 9 oyunluq cəza
FUTBOL xəbərləri 26 May 11:47
1067 baxış

AFFA-dan “Simurq”un qapıçısına 9 oyunluq cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXXV turunun oyunlarında qeydə alınan xoşagəlməz hadisələr müzakirə olunub.

 

“Sumqayıt”la matçın 89-cu dəqiqəsində qırmızı vərəqə alan “Xəzər Lənkəran”ın futbolçusu Adrian Skarlatake 1 oyun cəzalanıb və klubunu 200 manat ziyana salıb.

 

“Bakı” ilə qarşılaşmada 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 1000 manat ödəməli olacaq. Bu qarşılaşmada diktorun olmamasına görə “Bakı” klubuna ciddi xəbərdarlıq edilib. Bu hal yenidən təkrarlandığı halda kluba cəza veriləcək.

 

AZAL-la görüşün 21-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alan Amil Ağacanov 4 oyun cəzalanıb və “Simurq”u 4000 manat xərcə salıb. Qapıçı meydançanı tərk edərkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd edib. Bu da əlavə 5 oyunluq cəza və 5000 manat cərimə ilə nəticələnib. Ümumilikdə 9 oyunluq cəza alan Amil cari mövsümün son turu ilə yanaşı, növbəti çempionatın ilk 8 matçında iştirak edə bilməyəcək. “Simurq” isə ümumilikdə 9000 manat ziyana düşüb.

 

Xəbər lenti