28 Avqust 11:12 AFFA prezidenti: Bu, Azərbaycan futbolunun tarixində yeni mərhələnin başlanğıcını qoydu
FUTBOL xəbərləri 28 Avqust 11:12
917 baxış

AFFA prezidenti: Bu, Azərbaycan futbolunun tarixində yeni mərhələnin başlanğıcını qoydu

“UEFA Avropa Liqasında çıxış edən hər iki təmsilçimizin – “Qarabağ” və “Qəbələ” klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni və ümid edirəm ki, davamlı və uğurlu olacaq bir mərhələnin başlanğıcını qoydu”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

 

Qurum rəhbəri “Qarabağ” və “Qəbələ” klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini affa.az saytına açıqlayıb: “İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir. Ölkəmizin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan “Qarabağ” və “Qəbələ” klublarını təbrik edir, qarşıdakı oyunlarda qələbə sevinci və qrup mərhələsinin püşkatmasında münasib rəqiblər arzu edirəm”.

Xəbər lenti