13 Noyabr 15:56 AFFA rüşvət ittihamı ilə bağlı komissiya yaradır: Qalmaqallı video
FUTBOL xəbərləri 13 Noyabr 15:56
6521 baxış

AFFA rüşvət ittihamı ilə bağlı komissiya yaradır: Qalmaqallı video

“2001-ci ildə keçirilən “Osiek” – “Dinaburq” oyununda azərbaycanlı hakimlərin idarəçiliyi ilə bağlı komissiya yaradılacaq”. Bunu apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.

 

Təxminən 14 il öncə UEFA kubokunun seçmə mərhələsi çərçivəsində Xorvatiyada baş tutan “Osiek” – “Dinaburq” görüşü ilə bağlı şok video yayılıb.

 

Həmin videoda həmin vaxt 4-cü hakim olan Xaqani Məmmədovun baş hakim Asim Xudiyevə “qonaqlar heç-heçə üçün 15 dənə verirlər” sözləri açıq şəkildə eşidilir.

 

İndi üzə çıxan video ilə bağlı isə AFFA-da ciddi araşdırma aparılacaq. Nərimanoğlu federasiya prezidenti Rövnəq Abdullayevin də bundan xəbərdar olduğunu bildirib: “AFFA prezidentinin tapşırığına əsasən, komissiya yaradılacaq və bu məsələyə baxılacaq. Komissiyanın tərkibi ilə bağlı sonra məlumat veriləcək”.

 

Qeyd edək ki, həmin qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.