26 Avqust 16:21 Afinada yubiley gecəsi
FUTBOL xəbərləri 26 Avqust 16:21
392 baxış

Afinada yubiley gecəsi

Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la Yunanıstandakı qarşılaşması “Qəbələ”nin bəzi futbolçuları üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın hücum cütlüyü Sergey Zenyovla Aleksey Antonov da Afinaya yubiley ardınca yollanıb.

 

Belə ki, meydana çıxsa, Aleksey 30-cu, Sergey isə 25-ci avrokubok matçının iştirakçısı olacaq. Bu qarşılaşmalarda Zenyov 5, Antonov 6 qol vurub.

 

Zədəsini sağaldan Georgi Floresku yenidən heyətdə yer alsa, Sergey kimi 25-ə çatacaq.

 

“Qəbələ”nin bütün qitə miqyaslı oyunlarında çıxış edən Dodo isə komandası ilə birlikdə 10-a çatacaq. Ümumilikdə isə braziliyalı 13 avrokubok matçı keçirib.

 

İki futbolçu isə Avropa Liqasında yubileyin astanasındadı. Arif Daşdəmirov 20-ci, Vojislav Stankoviç isə 10-cu qarşılaşmanı Afinada qeyd edə bilər.

 

Qeyd edək ki, “Panatinaikos” – “Qəbələ” oyunu avqustun 23-də Afinanın “Apostolos Nikolaidis stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər lenti