10 İyul 10:57 Aleksandr İaşvili: “Qəbələ”nin təzyiqinə tab gətirə bilmədik - MÜSAHİBƏ
FUTBOL xəbərləri 10 İyul 10:57
6702 baxış

Aleksandr İaşvili: “Qəbələ”nin təzyiqinə tab gətirə bilmədik - MÜSAHİBƏ

“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Tiflis “Dinamo”sunu 2 cavabsız topla məğlub edərək, avrokuboklarda tarixi ərzində ilk qələbəsini qazanıb və növbəti mərhələyə adlayıb. Gürcüstan klubunun heyətində “Qəbələ”yə qarşı çıxış edən sabiq “İnter”li Aleksandr İaşvili qarşılaşmadan sonra apasport.az saytına müsahibə verib.

 

- Deyəsən, Qəbələyə heç-heçə üçün gəlmişdiniz...

- Heç-heçə üçün çıxdığımızı deməzdim. Əsas tapşırıq qapımızı toxunulmaz saxlamaq idi. Amma matçın sonlarına yaxın rəqibin təzyiqinə tab gətirə bilmədik. Çox məyusuq, buna görə də söz tapıb danışa bilmirəm.

 

- Bu cür sonluğu gözləmirdiniz?

- Biz bura uduzmaq üçün gəlməmişdik. Əvvəlcədən də demişdim ki, “Dinamo”nun məqsədi mərhələ adlamaqdı. Amma bu şansı sona bir neçə dəqiqə qalmış əldən verdik. Biz öz oyunumuzu nümayiş etdirməyə çalışdıq. Sırf müdafiəyə çəkilməmişdik.

 

- Qırmızı vərəqənin matçın taleyini həll edən məqam olduğunu düşünmək olarmı?

- Əlbəttə, oyunun dönüş nöqtəsi qırmızı vərəqədən sonra oldu. Çünki azlıqlda oynamaq çox çətindi. Təəssüf ki, həm Tiflisdə, həm də Qəbələdə azlıqda qaldıq. Onsuz da, rəqib oyuna nəzarət edirdi. Azlıqda qaldıqdan sonra təzyiq daha da artdı.

 

- Çox məyus görünürsüz. Hətta suallarımızı cavablandırmaq belə istəmirsiz. Yenilgi sizi bu qədər üzüb?

- Axı biz meydançanı məğlub tərk etməklə yanaşı, həm də mərhələ adlamaq şansımızı itirdik.

 

- Matçı sona qədər davam etdirməməyiniz nə ilə bağlı idi?

- Bu artıq baş məşqçinin qərarıdı. O, dəyişikliklərə görə məsuliyyət daşıyır. Həm də kənardan hər şeyi daha yaxşı görür. Ehtiyac bilib, əvəzetməyə əl atıb.

 

- “Qəbələ”nin çıxışı haqda nə deyə bilərsiniz?

- Məni öz komandamın oyunu daha çox düşündürürdü. “Qəbələ”nin qələbə üçün oynayacağını bilirdik. Komandanın bəzi üzvlərini tanıyırdım. Çünki “İnter”də oynayan vaxt onlarla rəqib olmuşdum. Amma biz də qələbə qazanmaq üçün mübarizə aparırdıq. Təəssüf ki, hesabı sona qədər qoruya bilmədik.

Xəbər lenti