31 Avqust 10:01 Aleksey Antonov: Heç kim zəmanət verə bilməz ki...
FUTBOL xəbərləri 31 Avqust 10:01
6229 baxış

Aleksey Antonov: Heç kim zəmanət verə bilməz ki...

“Azərbaycana köçməyimdə məşqçi amili rol oynadı. Bir də “Qəbələ”ki bəzi futbolçuları çoxdan tanıyırdım. Buna görə də, mənəvi olaraq, ora getmək mənə asan oldu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin ukraynalı hücumçusu Aleksey Antonov deyib.

 

Ölkəsində televiziya proqramlarından birində qonaq olan 29 yaşlı futbolçu maraqlı fikirlər səsləndirib.

 

Dmitri Bezotosnı və Vitali Vernidub kimi, Antonov da “Qəbələ”yə keçidində maddi amilin rol oynadığını gizlətməyib: “Hamı kimi, mənim də ailəm var. Onları düşünməliydim. Bir də ki, özümdə hələ güc hiss edirdim. Oynamaq və pul qazanmaq lazımdı. Çünki sabah nəyin baş verəcəyini heç kim bilmir. Azərbaycan klublarında maddi vəziyyətin stabil olduğundan xəbərdar idim. Buna görə də, ora köçdüm”.

 

Antonov “Ukraynaya qayıtmaq istərdinizmi” sualına belə cavab verib: “Qayıtmaq olar. Hətta mənə fantastik təklif göndərməsələr belə, bunu etmək mümkündü. Ancaq heç kim zəmanət verə bilməz ki, Ukrayna futbolunda vəziyyət stabil olacaq. Yəni hər ay vaxtında maaşımızı ala biləcəyik, mükafat veriləcək”. 

Xəbər lenti