3 Avqust 15:07 Amit Quluzadə “Atletiko” ilə vidalaşıb, Azərbaycana qayıtdı
FUTBOL xəbərləri 3 Avqust 15:07
1304 baxış

Amit Quluzadə “Atletiko” ilə vidalaşıb, Azərbaycana qayıtdı

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə legioner həyatına son qoyub. Apasport.az saytının məlumatına görə, 2014/2015 mövsümündə Portuqaliya "Atletiko"sunda oynayan 23 yaşlı futbolçu karyerasını “Sumqayıt”da davam etdirəcək.

 

Belə ki, “Gənclik şəhəri”nin təmsilçisi Ayaz Mehdiyev və Elnur Abdulovun ardından Quluzadəni rənglərinə bağlayıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Amit "Sumqayıt"da 24 nömrəli forma altında çıxış edəcək.

 

Qeyd edək ki, Quluzadə karyerası ərzində "Neftçi", "Kayseri Erciyesspor", "Rəvan" və "Qəbələ"nin də şərəfini qoruyub.

 

Mənbə: sumqayitpfc.az

Xəbər lenti