31 Avqust 08:27 “Anderlext” liderliyə yüksəldi
FUTBOL xəbərləri 31 Avqust 08:27
526 baxış

“Anderlext” liderliyə yüksəldi

Belçika çempionatında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Anderlext” də növbəti matçına çıxıb.

 

Səfərdə “Vesterlo” ilə qarşılaşan rəqibimiz 3:0 hesabı ilə qalib gəlib. “Anderlext”in qollarını Stefano Okaka-Çuka, Turi Tielemans və Denniis Preat vurub.

 

Çempionatın lideri “Ostende”nin məğlubiyyətindən istifadə edən “Anderlext” zirvəni ələ keçirib. 6 oyunda 13 xal toplayan təmsilçimizin rəqibi əlavə göstəricilərə görə 1-ci pillədə qərarlaşıb.

 

Xəbər lenti