29 Sentyabr 12:42 “Anderlext”in baş məşqçisi “Qarabağ”la oyunöncəsi seçim qarşısında
FUTBOL xəbərləri 29 Sentyabr 12:42
1238 baxış

“Anderlext”in baş məşqçisi “Qarabağ”la oyunöncəsi seçim qarşısında

“Anderlext”in baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la keçirəcəkləri oyunun heyətini qurmaqda çətinlik çəkir. Apasport.az saytı Belçika mətbuatına istinadən xəbər verir ki, albaniyalı çalışdırıcı, xüsusilə, yarımmüdafiənin mərkəzi üçün futbolçu seçimində tərəddüd edir.

 

Məsələ burasındadı ki, ölkə çempionatının IX turu çərçivəsində “Sent-Truyden”lə matçda (1:0) Leander Dendonker və Qiyom Jille özlərini yaxşı tərəfdən göstəriblər. Həmin mövqe üçün Hasinin ixtiyarında Yuri Tilemans da var. Bu mənada, baş məşqçi oyunçu seçimində çətinliklə üzləşib.

 

Hasi açıqlamasında seçim qarşısında qaldığını bildirib: “Dendonker mənim işimi çətinləşdirdi. Bundan sonra Tilemans üçün heyətə düşmək çətin olacaq”.

 

Təcrübəli məşqçi “Qarabağ”la oyuna buraxacağı start heyətində böyük dəyişiklik etmək fikrində deyil.

 

Qeyd edək ki, “Anderlext” Avroliqanın qrup mərhələsi çərçivəsində oktyabrın 1-də “Qarabağ”ın qonağı olacaq. 

Xəbər lenti