27 Avqust 23:18 Ansi Aqolli gələcəyi fikirləşir
FUTBOL xəbərləri 27 Avqust 23:18
2629 baxış

Ansi Aqolli gələcəyi fikirləşir

"Stadiona toplaşan hər kəs maraqlı, həm də bol qollu oyun izlədi". Apasport.az saytının xəbərinə görə, bunu "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli deyib.

 

Albaniyalı müdafiəçi "Qarabağ"la ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. Buna görə məmnun olduğunu gizlətməyən futbolçu qələbəni çətinliklə əldə etdiklərini gizlətməyib: "Rəqib qapısından 3 cavabsız top keçirdik. Gərgin mübarizə getdi. Amma məqsədimizə çatdıq. Buna görə özümüzü xoşbəxt hiss edirik".

 

Uzun müddətdi Ağdam təmsilçisinin uğurları üçün çalışan futbolçu qırmızı vərəqə göstərilən epizod haqda bunları deyib: "Qırmızı vərəqənin göstərilməyi, eləcə də penaltinin təyin edilməyi oyunun tərkib hissəsidi. Biz hakimin bütün qərarlarına hörmətlə yanaşmalıyıq. Əlbəttə, qırmızı vərəqənin göstərilməyi, eləcə də penaltinin təyin edilməyi və hesabın açılmağı bizim üçün yaxşı başlanğıc oldu. Təbii ki, qrup mərhələsində də uğurlu çıxış etməyə çalışacağıq. Artıq gələcək haqda düşünməliyik".