21 Sentyabr 12:51 Ansi Aqolli  Premyer Liqanın “11-liyi”ndə
FUTBOL xəbərləri 21 Sentyabr 12:51
976 baxış

Ansi Aqolli Premyer Liqanın “11-liyi”ndə

Qarabağ”ın futbolçusu Ansi Aqolli Topaz Premyer Liqasında yubiley matçını keçirib. Apasport.az saytının məlumatına görə, albaniyalı legioner V turun “Kəpəz”lə səfər qarşılaşmasında ölkə çempionatında 150-ci matçına çıxıb. O, bu oyunlarda 3 qol vurub.

 

2010-cu ildən Azərbaycanda çıxış edən Ansi Premyer Liqadakı bütün qarşılaşmalarını “Qarabağ”ın heyətində keçirib. Ansi Ağdam təmsilçisinin heyətində çempionatda 150 və daha çox oyunda mübarizə aparan 11-ci futbolçu olub. Ona qədər 10 oyunçu “Qarabağ”la Premyer Liqada 150 və daha çox matça çıxmışdı. Onlar arasında yalnız bir legioner olub ki, Ansi həmyerlisi Admir Telidən sonra buna nail olan 2-ci əcnəbi kimi tarixə düşüb.

 

“Qarabağ”ın indiki heyətində isə yalnız iki oyunçu klubunun heyətində Aqollidən daha çox çempionat oyunu keçirərək 150-dən artıq matçın iştirakçısı olub. Bunlar Namiq Yusifovla Maksim Medvedevdi.

 

Qeyd edək ki, Aqolli Premyer Liqada ilk oyununu 2010-cu il avqustun 8-də səfərdə “Neftçi”yə qarşı keçirib. O, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada 90 dəqiqə forma geyib.

 

mövsüm

klub

oyun

Qol

2010/11

Qarabağ (Ağdam)

31

0

2011/12

Qarabağ (Ağdam)

31

1

2012/13

Qarabağ (Ağdam)

27

1

2013/14

Qarabağ (Ağdam)

34

1

2014/15

Qarabağ (Ağdam)

25

0

2015/16

Qarabağ (Ağdam)

2

0

 

Cəmi

150

3

 

Xəbər lenti