24 İyul 14:00 “Apollon” – “Qəbələ” oyununun start fiti nə vaxt səslənəcək?
FUTBOL xəbərləri 24 İyul 14:00
1281 baxış

“Apollon” – “Qəbələ” oyununun start fiti nə vaxt səslənəcək?

Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində keçiriləcək “Apollon” (Kipr) – “Qəbələ” (Azərbaycan) matçının başlanma vaxtı açıqlanıb. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma iyulun 30-da yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək.

 

Larnaka şəhərində baş tutacaq “Apollon” – “Qəbələ” matçı “Antonis Papadopulos” stadionunda keçiriləcək.

 

Qeyd edək ki, “Qəbələ” əvvəlki təsnifat mərhələlərində “Dinamo” (Tiflis, Gürcüstan) və “Çukariçki” (Belqrad, Serbiya) klublarını mübarizədən kənarlaşdırıb.