29 İyul 16:53 “Apollon”un futbolçusu: Dəfələrlə belə vacib qarşılaşmalarda qalib gəlmişik
FUTBOL xəbərləri 29 İyul 16:53
661 baxış

“Apollon”un futbolçusu: Dəfələrlə belə vacib qarşılaşmalarda qalib gəlmişik

“Qəbələ” ilə qarşılaşmada əlimizdən gələni edəcəyik. Amma təkcə bununla kifayətlənmək olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kiprin “Apollon” klubunun futbolçusu Giorgos Merkis deyib.

 

Limassol təmsilçisinin kapitanı Avropa Liqasının III təsnifat mərhələsinin “Qəbələ” ilə sabah keçiriləcək qarşılaşması öncəsi fikirlərini açıqlayıb. Merkis Larnakada oynadıqları üçün azarkeş dəstəyinə ehtiyacları olduğunu qeyd edib: “Qəbələ” ilə qarşılaşma çətin olacaq. Bu üzdən bizə azarkeş dəstəyi də vacibdi. Komandamızın kapitanı kimi kiprlilərdən stadiona gəlib, bizə kömək olmağı xahiş edirəm. Belə matçlarda azarkeş amili böyük təsirə malikdi. “Apollon” dəfələrlə belə vacib qarşılaşmalarda qalib gəlib. Yenə də meydana eyni uğuru təkrarlamaq üçün çıxacağıq”.

 

Qeyd edək ki, sabah keçiriləcək “Apollon” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.