9 Avqust 23:46 Aqil Məmmədov: Niyə qol vura bilmədik, anlaya bilmədim - MÜSAHİBƏ
FUTBOL xəbərləri 9 Avqust 23:46
3929 baxış

Aqil Məmmədov: Niyə qol vura bilmədik, anlaya bilmədim - MÜSAHİBƏ

Topaz Premyer Liqasının 2015/16 mövsümünün ilk oyununda “Kəpəz”lə qarşılaşan “Neftçi” rəqibinin müqavimətini qıra bilməyib. Qolsuz heç-heçə ilə başa çatan oyundan sonra paytaxt təmsilçisinin qapıçısı Aqil Məmmədov apasport.az saytının  əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çempionatın ilk oyunu idi. Bilirdik ki, çətin olacaq. “Kəpəz” də mövsümün yeni komandasıdı. Necə oynadıqlarını bilmirdik. Biz də birinci hissədə yaxşı çıxış etmədik. Fasilədən sonra bir qədər fəallaşdıq. Təəssüf ki, qol epizodlarından istifadə edə bilmədik.

 

- Avropa Liqasındakı uğursuzluqdan sonra “Neftçi”nin çempionata fərqli şəkildə start verəcəyini gözləyirdik...

- Uşaqlar mübarizə apardı. Rəqibin oyununu görməmişdik deyə, məlumatsız idik. Razıyam, fasiləyə qədər zəif oynadıq. Ancaq ikinci hissədə niyə qol vura bilmədik, anlaya bilmədim.

 

- “Kəpəz”in bu cür oynayacağını gözləmirdiniz?

- Əlbəttə, gözləmirdim. Yaxşı komandaları var.

 

- Necə fikirləşirsiniz, bundan sonra komandanızda irəliləyiş olacaq?

- Bunu zaman göstərəcək. Oyuna baxacağıq, səhvlərimizi analiz edəcəyik. Nəticə çıxarmalıyıq.

 

- Komandada oyunu üzərinə götürən futbolçu yoxdu. Bəlkə istədiyiniz oyunu nümayiş etdirməyinizə bu amil mane olur?

- Futbol kollektiv oyundu. Fərdiləşdirmək düzgün deyil. Gənclərimiz çoxdu. Premyer Liqa təcrübələri olsa da, hələ gəncdirlər. Onlar müəyyən təcrübə topladıqdan sonra sözlərini deyəcəklər.

Xəbər lenti