9 Oktyabr 00:56 Aqollinin komandası son anlarda üzüldü, Portuqaliya qalib gəldi - YENİLƏNİB
FUTBOL xəbərləri 9 Oktyabr 00:56
14042 baxış

Aqollinin komandası son anlarda üzüldü, Portuqaliya qalib gəldi - YENİLƏNİB

Bu gün AVRO-2016-nın seçmə mərhələsində növbəti tura start veriləcək. Apasport.az saytının məlumatına görə, D, F və İ qruplarında IX tur çərçivəsində 8 görüş baş tutacaq.

 

D qrupunda əvvəl autsayderlər – Gürcüstanla Cəbəllütariq üz-üzə gələcək. Digər iki qarşılaşma isə final mərhələsinə və pley-offa vəsiqə baxımından böyük əhəmiyyətə malikdi. Almaniya İrlandiyaya uduzmasa, ilk iki yerdən birini təmin edəcək. Bu baş versə, Polşa da qələbə ilə Fransaya vəsiqə qazanacaq. Şotlandiya isə pley-off ümidlərini qorumaq üçün mütləq qalib gəlməlidi.

 

F qrupunun ilk 3 pilləsində qərarlaşan komandalar aşağı yerlərdə mövqe tutan rəqiblərlə görüşəcək. Şimali İrlandiyaya final mərhələsinə vəsiqə üçün bu matçda qalib gəlmək vacibdi. Finlandiya isə məğlub olacağı halda pley-off şansları ilə rəsmən vidalaşacaq.

 

Günün ən maraqlı qarşılaşmalarından biri Portuqaliya ilə Danimarka arasında olacaq. Son matçına çıxacaq şimallılar birbaşa vəsiqə şanslarını qorumaq üçün qalib gəlməlidi. Onların xal itkisi Portuqaliyanı Fransaya daşıyacaq. Bundan istifadə edən Albaniya da qələbə ilə final mərhələsinə yüksələcək. Seçmə mərhələdə mübarizəni dayandırmayacağı rəsmiləşən sonuncular bununla da tarixi uğura imza atacaq.

 

“Qarabağ”ın futbolçusu Ansi Aqollnin şərəfini qoruduğu komanda artıq bu gecə Fransaya biletini rəsmiləşdirsə, tarixində ilk dəfə dünya və Avropa çempionatının həlledici mərhələsində oynayacaq.

 

 

AVRO-2016-nin seçmə mərhələsi

D qrupu

8 oktyabr

 

Gürcüstan – Cəbəllütariq - 4:0

Qollar: Vakradze, 30, 45+1, Okriaşvili, 35 (pen.), Kazaişvili, 87

 

İrlandiya – Almaniya - 1:0

Qol: Lonq, 70

 

Şotlandiya – Polşa - 2:2

Qollar: Riçi, 45, Fletçer, 62 - Levandovski, 3, 90+4

 

1.

Almaniya

9

6

1

2

22-8

19

2.

Polşa

9

5

3

1

31-9

18

3.

İrlandiya

9

5

3

1

18-5

18

4.

Şotlandiya

9

3

3

3

16-12

12

5.

Gürcüstan

9

3

0

6

9-14

9

6.

Cəbəllütariq

9

0

0

9

2-50

0

 

F qrupu

8 oktyabr

 

Macarıstan – Farer adaları - 2:1

Qol: Bode, 65, 71, - Yakobsen, 11

 

Şimali İrlandiya - Yunanıstan - 3:1

Qollar: Deyvis, 35, 58, Macenis, 49 - Aravidis, 87

 

Rumıniya – Finlandiya - 1:1

Qol: Hoban, 90+1 - Pojanpalo, 67

 

1.

Ş. İrlandiya

9

6

2

1

15-7

20

2.

Rumıniya

9

4

5

0

8-2

17

3.

Macarıstan

9

4

4

1

8-5

16

4.

Finlandiya

9

3

2

4

8-9

11

5.

Farer adaları

9

2

0

7

6-14

6

6.

Yunanıstan

9

0

3

6

3-11

3

 

İ qrupu

8 oktyabr

 

Albaniya – Serbiya - 0:2

Qollar: Kolarov, 90+1, Lyayiç, 90+3

 

Portuqaliya – Danimarka - 1:0

Qol: Moutinyo, 66

 

1.

Portuqaliya

7

6

0

1

9-4

18

2.

Danimarka

8

3

3

2

8-5

12

3.

Albaniya

7

3

2

2

7-5

11

4.

Serbiya

7

2

1

4

7-11

4*

5.

Ermənistan

7

0

2

5

5-11

2

* - Serbiyanın hesabından 3 xal silinib.

Xəbər lenti