22 İyul 20:22 Araz Abdullayev: Hiss olunur ki, ab-hava yaxşıdı
FUTBOL xəbərləri 22 İyul 20:22
2268 baxış

Araz Abdullayev: Hiss olunur ki, ab-hava yaxşıdı

“Toplanışımız normal səviyyədə gedir. Komandamız əsasən gənc futbolçulardan ibarətdir. Hamı çalışır ki, əsas heyətdə yer alsın, əsas heyətdə olanlar isə çalışır ki, yerini qorusun”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev deyib.

 

Növbəti mövsüm hazırlıqlarını Türkiyədə davam etdirən “ağ-qaralar”ın kapitanı məşqlərin intensiv getdiyini bildirib:

 

“Gündə iki dəfə intensiv məşqlər olur. Məşqlərdən hiss olunur ki, ab-hava yaxşıdır. Bu da futbolçular üçün sevindirici haldır. “Neftçi” daima yüksək yerlər uğrunda mübarizə aparır. Azarkeşlər də həmişə bizdən bunu gözləyir. Çalışacağıq ki, fanatlarımızı bu il sevindirək. Onlardan 12-ci oyunçu kimi bizə dəstək olmağı xahiş edirəm. Bütün klublara hörmətlə yanaşırıq. Çalışacağıq bütün oyunlara qələbə üçün çıxaq. İnşallah, istəyirik ilk oyunumuzda qələbə qazanaq. Azarkeşlərə sözüm budur ki, komandamız gənc və istəklidi. Əlimizdən gələni edəcəyik ki, onları sevindirək”. (klub saytı)

Xəbər lenti