20 Sentyabr 23:27 Araz Abdullayev: Yaxşı ki, komanda yoldaşlarım “sınmadı” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 20 Sentyabr 23:27
4198 baxış

Araz Abdullayev: Yaxşı ki, komanda yoldaşlarım “sınmadı” - MÜSAHİBƏ

Topaz Premyer Liqasının V turunda baş tutan “Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra paytaxt təmsilçisinin kapitanı Araz Abdullayev “mix-zona”da apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb

 

- Oyunla bağlı fikrinizi bilmək maraqlı olardı.

- Matça yaxşı başlamışdıq. Görüşün əvvəlində penalti vurmaq hüququ qazansaq da, dəqiq oynaya bilmədim. Birinci hissədə komandamız yaxşı oynadı, amma mənim penalti epizodu zamanı dəqiq oynamamağım müəyyən təsir göstərdi. Yaxşı ki, buna görə komanda yoldaşlarım “sınmadı”. Fasilədə danışdıq, ikinci hissəyə hazır çıxdıq. Qolu vurduq. Rəqib azlıqda qalan zaman gözləmədiyimiz qol buraxdıq. Rəqib 10 nəfərlə qaldıqdan sonra dönüş yaratmağa çalışdıq, istəyirdik ikinci qolu vuraq. Amma 1 xalla kifayətlənməli olduq.

 

- Penalti epizodu zamanı niyə dəqiq oynaya bilmədiniz?

- Heç kim 11 metrlik zərbəni dəqiq yerinə yeticəcəyini əvvəlcədən bilmir. Topu qapıçını qırağına vurdum, o da fikrimi “oxudu” və zərbəni dəf etdi. Sonra qol vursaq da, hesabı qoruya bilmədik.

 

- Oyunun sonuna yaxın cərimə zərbəsi yerinə yetirilən zaman top rəqib futbolçunun əlinə dəydi. Həmin vaxt hakim cərimə zərbəsi təyin etdi. Sizcə, epizod penalti idi?

- Canlı sədd içəridə qurulmuşdu. Top futbolçunun əlinə dəyən zaman referiyə yaxınlaşdım ki, penaltidi? O da yan xətt hakimi ilə məsləhətləşdi və cərimə zərbəsi təyin etdi. Dedi ki, futbolçu zərbə zamanı canlı səddən kənara çıxmışdı.

 

- Hakimin idarəciliyi necə, sizi qane etdimi?

- Bu haqda danışmaq istəmirəm. Əsas odur ki, maraqlı qarşılaşma alındı. Qələbə qazanmaq istəsək də, 1 xalla kifayətləndik.

 

- Nəticəni normal sayırsınızmı?

- Evdə oynadığımıza görə, 3 xal qazanmaq istəyirdik. Heç-heçəyə görə “sınmırıq”. Qarşıdakı matçlara baxacağıq.

 

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu duel haqda nə düşünürsüz?

- Bütün oyunlara eyni yanaşırıq. Çalışacağıq həm yaxşı oynayaq, həm də xal qazanaq.

 

- Hər halda “Rəvan”la “Qarabağ”a qarşı eyni hazırlaşmırsız?

- Təbii ki, rəqibdən rəqibə fərq olur. “Qarabağ” kimi komandaya qarşı oynamaq üçün əlavə köklənməyə ehtiyac olmur. Çünki rəqibinin gücünü bilirsən.

Xəbər lenti