10 İyul 09:16 Araz Abdullayevdən tarixi qol
FUTBOL xəbərləri 10 İyul 09:16
1427 baxış

Araz Abdullayevdən tarixi qol

Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la Montenqrodakı cavab oyununda vurulan qol  “Neftçi” üçün tarixi əhəmiyyət kəsb edib. Apasport.az saytının məlumatına görə, Araz Abdullayevin rəqib qapısından keçirdiyi top Bakı klubu üçün yubiley xarakterli olub.

 

Bu qarşılaşmayadək avrokuboklarda 49 qol vuran “Neftçi” 50-yə Monteneqroda çatıb. Lakin Arazın vurduğu yubiley qolu mərhələ keçmək üçün yetərli olmayıb. Bakıdakı ilk qarşılaşmada 2:2 hesabı ilə heç-heçə edən “Neftçi” səfərdə 1:1-lə kifayətləndiyindən mübarizəni dayandırıb.

 

52 avrokubok matçında 14 qələbəsi, 15 heç-heçəsi və 23 məğlubiyyəti olan paytaxt təmsilçisi 50 qol vurub, 83 top buraxıb.

 

Qeyd edək ki, “Neftçi”nin 50 qolundan 14-ü Çempionlar Liqası, 29-u Avropa Liqası (əvvəlki UEFA kuboku), 7-si İntertoto kubokuna təsadüf edib. Bakılılar yalnız Kuboklar kubokunda rəqib qapısına yol tapa bilməyib.

 

Xəbər lenti

Xəbər lenti