7 Oktyabr 23:16 Arda Turan Van Persinin cavabını verdi: Hollandiyanı ona görə udduq ki...
FUTBOL xəbərləri 7 Oktyabr 23:16
1976 baxış

Arda Turan Van Persinin cavabını verdi: Hollandiyanı ona görə udduq ki...

Türkiyə milli komandasının Avropa Çempionatı-2016-nın seçmə mərhələsi çərçivəsində Çexiya və İslandiya ilə qarşılaşmasından əvvəl “türklər mütləq xal itirəcəklər” deyən hollandiyalı futbolçu Robin Van Persiyə Arda Turandan cavab gəlib. Apasport.az saytının məlumatına görə, yerli media orqanlarına açıqlama verən “Barselona”lı yarımmüdafiəçi təmkinli danışıb:

 

“Yaxşı şanslarımız var. 4 və ya 6 xal qazansaq, pey-offda oyanayacağıq. Bunu bacaracaq gücdəyik. Rəqiblərimizdən eşidirik bəzən, “xal itirəcəklər” deyirlər. Biz öz işimizə baxırıq. Hollandiya ilə oyunu ona görə udduq ki, indi rahat öz oyunlarımıza diqqət cəmləyək. Biz də Qazaxstan və Çexiyaya uğurlar arzulayırıq”.

Xəbər lenti