13 Noyabr 10:13 Argentina – Braziliya oyunu niyə baş tutmadı?
FUTBOL xəbərləri 13 Noyabr 10:13
2921 baxış

Argentina – Braziliya oyunu niyə baş tutmadı?

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilməli olan Argentina – Braziliya matçı baş tutmayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb qarşılaşmanın startı öncəsi Buenos-Ayresdə güclü yağışın yağması olub.

 

Yağış o qədər yağıb ki, qısa müddətdə stadionun ot örtüyü su ilə dolub. Güclü külək də əsdiyindən, tribunalarda əyləşmək azarkeşlər üçün təhlükə doğura bilərdi. Bunu nəzərə alan baş hakim görüşün təxirə salınmasını qərara alıb. Qarşılaşmanın bu gün baş tutması planlaşdırılır.

 

Qeyd edək ki, Cənubi Amerika zonasında Braziliya 2 oyundan sonra 3 xal, Argentina isə 1 xal toplayıb.

Xəbər lenti