29 Oktyabr 02:04 Argentinalı futbolçunun cəzası açıqlandı
FUTBOL xəbərləri 29 Oktyabr 02:04
628 baxış

Argentinalı futbolçunun cəzası açıqlandı

“Barselona”nın müdafiəçisi Xavyer Maskeranonun cəzası açıqlanıb. Apasport.az saytının məlumatına görə, katalonların argentinalı futbolçusuna iki oyunluq cəza verilib. Bu barədə qərarı İspaniya Futbol Federasiyası açıqlayıb.

 

Maskerano La Liqanın son turunda - "Eybar"la oyunda qırmızı vərəqə almışdı. Onun görüşün baş hakimi Karlos Qrandeyə qarşı nalayiq ifadə işlətdiyi deyilirdi. İspaniya idman ictimaiyyəti bu hərəkət üçün yarımmüdafiəçinin ən az 5 oyun cəza ala biləcəyini müzakirə edirdi.

 

Beləliklə, Maskerano “Xetafe” və “Vilyarreal”la görüşlərdə komandasına kömək edə bilməyəcək.

Xəbər lenti