28 Oktyabr 09:53 Arif Əsədovun İran planı: ...danışıq müsbət nəticələnəcək
FUTBOL xəbərləri 28 Oktyabr 09:53
2386 baxış

Arif Əsədovun İran planı: ...danışıq müsbət nəticələnəcək

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov karyerasını ölkə xaricində davam etdirə bilər. Bu barədə məlumatı apasport.az saytına yığma komandamızın sabiq müdafiəçisi özü verib.

 

O bildirib ki, İranın yüksək liqa klublarından birini çalışdıra bilər. Bu yaxınlarda İranda səfərdə olan 45 yaşlı mütəxəssis orda danışıq apardığını etiraf edib. Əsədov yeni ildən həmin ölkədə fəaliyyət göstərmək ehtimalının yüksək olduğunu söyləyib: “İranda bir menecerlə görüşüm oldu, ona plan da verdim. Orda 1-2 variant var. Hazırda həmin klublarla danışıqlar aparır. Ondan xəbər gözləyirəm. İnanıram ki, danışıq müsbət nəticələnəcək”.

 

Qeyd edək ki, “Neftçi” ötən mövsüm Arif Əsədovun rəhbərliyi altında Premyer Liqanı 4-cü pillədə başa vurub, ölkə kubokunda isə finala qədər irəliləmişdi.

Xəbər lenti