25 İyun 20:31 Arşavin “Zenit”i tərk edir
FUTBOL xəbərləri 25 İyun 20:31
616 baxış

Arşavin “Zenit”i tərk edir

Andrey Arşavin “Zenit”dən ayrılmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiyanın TASS agentliyi xəbər verib.

 

Bildirilir ki, məşhur futbolçu bu yay başa çatan müqaviləsini yeniləmək istəmir.

 

Rusiya milli komandasının da formasını geyinən Arşavinin “Tosno”ya keçəcəyi iddia olunur.

 

Xatırladaq ki, 34 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Zenit”lə meydana çıxdığı 14 oyunda cəmi bir dəfə fərqlənib.

Xəbər lenti