29 İyul 12:22 Arsen Venger: Biri elə deyir, biri belə
FUTBOL xəbərləri 29 İyul 12:22
1191 baxış

Arsen Venger: Biri elə deyir, biri belə

“Hansı futbolçunu komandamız üçün faydalı sayırıqsa, onu transfer edirik. “Arsenal” boş yerə pul xərcləmir”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger deyib.

 

Həmkarı Joze Mourinyonun “Arsenal”ın transfer siyasətini tənqid etməsinə toxunan Venger portuqaliyalıya cavab verib.

 

Fransalı çalışdırıcı bildirib ki, başqalarının nə deməsi üçün onun maraqlı deyil: “Biz çalışırıq ki, doğru qərarlar qəbul edək. Pulumuz olanda xərcləyirik, olmayanda isə yox. Başqalarının nə dediyinə fikir vermək lazım deyil. Biri deyir ki, “Arsenal” transferlərə az pul xərcləyir, o biri də deyir çox xərcləyir. Uğur qazanmaq istəyiriksə, öz işimizə diqqəti artırmalı və komandamıza inanmalıyıq. Başqaları nə deyirlərsə, desinlər”.  

Xəbər lenti