17 Oktyabr 14:44 “Arsenal” iki hücumçusu “elçi düşdü”
FUTBOL xəbərləri 17 Oktyabr 14:44
739 baxış

“Arsenal” iki hücumçusu “elçi düşdü”

“Arsenal” klubu hücumçu axtarışına başlayıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, London klubu artıq namizədləri də müəyyənləşdirib.

 

Olivye Jirunun formadan uzaq olması, Danni Uelbekin isə zədədən əziyyət çəkməsi baş məşqçi Arsen Vengeri narahat edir. Fransalı mütəxəssis bu problemin yoluna qoyulması üçün qış fasiləsində iki hücumçunun transfer edilməsini tələb edib.

 

Venger “Marsel”li Mişe Batşuayi və “Selta”dakı parlaq çıxışı ilə diqqət çəkən Nolitonu ixtiyarında görmək istəyir. “Topçular”ın rəhbərliyi vaxt itirmədən adıçəkilən oyunçuların komandaları ilə danışıqlara başlayıb.

Xəbər lenti

Xəbər lenti